“Napoli” aparıcı hücumçusunu itirdi

10.09.2022 18:33 316
Dünya futbolu
Çempionlar Liqasında “Liverpul” üzərində 4:1 hesablı qələbə “Napoli”yə aparıcı hücumçusunu itirmək bahasına başa gəlib.

"Football-plus.az" xəbər verir ki, Viktor Osimhen ilk hissənin sonunda əvəzlənib.

Nigeriyalı futbolçunun budunun arxa hissəsi xəsarət alıb. Artıq Viktorun zədəsinin nə dərəcədə ciddi olduğuna tibbi müayinədən sonra aydınlıq gəlib. O, təxminən 5 həftə futbol oynaya bilməyəcək.