Nə qədər deyirlər, xeyri yoxdu...

7.11.2024 19:38 319
Aktual / Ölkə futbolu
AFFA İntizam Komitəsinin son iclasında “Qarabağ”la oyunda azarkeşləri pirotexniki vasitələrdən istifadə edildiyinə görə “Turan Tovuz” 1500 manat cərimələnib.

Tovuz klubu indiyə qədər dəfələrlə azarkeşlərinə görə cərimələnib. Bəs görəsən, fanklubun üzvlərinə bununla bağlı hansısa təlimat verilirmi?

Bu sualı “Turan Tovuz”un azarkeşlərlə əlaqələndiricisi Kamal Saqqayevə ünvanladıq:

“Belə olmasını biz də istəməzdik. Həmişə oyundan əvvəl tapşırıqlarımız olur. Sadəcə, bu oyuna belə hazırlaşmışdıq”.


ƏSƏD SEYİDOV