“Turan Tovuz” artıq neçənci dəfədi azarkeşlərə görə cərimələnir. Bunun sonu olacaqmı? Bu sualı “Turan Tovuz”la azarkeşləri arasında əlaqələndirici Kamal Saqqayevə ünvanladıq:
“Biz heç vaxt istəmərik ki, klub azarkeşinə görə cərimələnsin. Yenə də eyni ssenari , eyni hal. Başa düşə bilmirəm ki, niyə polis əməkdaşları bizlə belə rəftar edir? Hamının səbri var. Belə getsə, tribunalar boş qalacaq. Bu qədər olmaz. Futbol azarkeşlərə görədi. Hakimlik bir tərəfdən, belə hallar da digər tərəfdən”.
ƏSƏD SEYİDOV






