Coşqunun komandası liderdi

2.11.2024 21:32 317
Dünya futbolu
Coşqun Diniyev Türkiyə 1-ci liqasında növbəti oyuna çıxıb.

"Football-plus.az" xəbər verir ki, onun çıxış etdiyi "Bandırmaspor" "Adanaspor"un qonağı olub.

11-cu tur çərçivəsində keçirilən qarşılaşmanın taleyini 1 qol həll edib. "Bandırmaspor" 1:0 hesabı ilə qalib gələrək, liderliyə yüksəlib. 21 xal toplayan Coşqunun komandası ən yaxın izləyicisini 2 xal qabaqlayır. Start heyətində yer alan Diniyev 78-ci dəqiqədə əvəzlənib.

Qeyd edək ki, "Bandırmaspor" 12-ci turda öz meydanında "Bolsupor"la qarşılaşacaq.