Coşqun oynadı, komandası heç-heçə etdi

23.09.2024 11:13 145
Dünya futbolu
Millimizin üzvü Coşqun Diniyev formasını geydiyi "Bandırmaspor" Türkiyə 1-ci liqasında 6-cı tur oyununa çıxıb.

"Football-plus.az" xəbər verir ki, komanda "İstanbulspor"la qarşılaşıb. Görüş 0:0 hesabı ilə yekunlaşıb.

Coşqun matçda meydana start heyətdə çıxıb və 84-cü dəqiqədə əvəzlənib. O, 81-ci dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.

Qeyd edək ki, hazırda "Bandırmaspor" turnir cədvəlində 8 xalla 12-cidi.