Nigeriyalı futbolçunun ''Fənərbaxça''dan illik 2,5 milyon avro maaş tələb etdiyi iddia edilmişdi. Eləcə də onun ''Qalatasaray''ın maraq dairəsində olduğu bildirilmişdi. ''Tviç'' platformasında canlı yayın açaraq fanatların suallarına cavab verən 26 yaşlı futbolçu bunları deyib:
''Rəhbərlikdən yeni müqavilə qarşılığında illik 2,5 milyon avro istəməyim haqda deyilənlər yalandı. Bu rəqəmlərin hardan çıxdığını anlamıram. Mənim heç vaxt rəhbərlikdən belə bir tələbim olmayıb. Bir məsələyə də aydınlıq gətirim. Mən Türkiyədə bundan sonra ''Fənərbaxça''dan başqa heç bir klubun şərəfini qorumaram. ''Fənər''ə xəyanət etməyim qətiyyən mümkün deyil''.
ƏLİ






