Umudlu PSJ-nin matçını idarə edəcək

2.11.2026 12:00 27
Ölkə futbolu
FİFA referisi Kamal Umudlu UEFA Gənclər Liqasının qarşılaşmasında hakimlik edəcək.

"Football-plus.az" xəbər verir ki, o, İspaniyada keçiriləcək “Vilyarreal” – PSJ U-19 komandalarının görüşünü idarə edəcək.

Ona həmyerliləri Vüsal Məmmədov və Rəhman İmami kömək edəcəklər. Qarşılaşmanın dördüncü hakimi isə ispaniyalı Borxa Qixarro Kolomer olacaq.

Sabah keçiriləcək matç Bakı vaxtı ilə saat 16.00-da başlayacaq.