"Sabah"ın rəqibində ciddi itki

2.11.2026 14:20 63
Avrokuboklar
Çempionlar Liqasında "Sabah"ın rəqibi olan "Napoli" ciddi itki ilə üzləşib.

"Football-plus.az" xəbər verir ki, Neapol təmsilçisinin yarımmüdafiəçisi Kevin De Bruyne A Seriyasının 10-cu turunda "Yuventus"la (2:0) görüşdə sıradan çıxıb.

Belçikalı tibbi müayinədən keçib, bağlarında dartılma olması dəqiqləşib. Onun nə zaman meydanlara qayıdacağı dəqiq deyil.

"Sabah" - "Napoli" görüşü yanvarın 20-də Bakıda keçiriləcək.