Almaniyada ölkə kubokunun 1/16 finalının oyunları keçirilir.
"Football-plus.az" xəbər verir ki, Mahir Emrelinin komandası bu çərçivədə "Hoffenhaym"ın qonağı olub. Millimizin üzvü bu matçda da fərqləməyi bacarıb. Belə ki, o, 48-ci dəqiqədə Yulian Yustvanın ötürməsini maksimum dəyərləndirərək məğlub durumda olan komandasının hesabı bərabərləşdirməsinə vəsilə olan qola müəlliflik edib - 1:1. Mahir 81-ci dəqiqədə əvəzlənib. Oyun "Nürnberq"in 1:2 hesablı məğlubiyyətiylə sona çatıb.
Xatırladaq ki, Mahir Almaniyada üçüncü qolunu vurub. Həmyerlimiz daha əvvəl "Qroyter" və "Regensburq"un qapısından top keçirib.
KƏNAN BAHADIR