Tezliklə “Roma”da növbəti baş məşqçi dəyişikliyi ola bilər.
Sentyabrda Daniele De Rossini istefaya göndərən rəhbərlik Ivan yuriçin fəaliyyətindən də narazıdı. Komanda hazırda A seriyasında 9 oyuna 10 xalla 11-ci yeri tutur. Son turun “Fiorentina” ilə oyununda 1:5 hesabı ilə uduzan “Roma”da daxili ab-hava da pisləşib.
Yerli mənbələrə görə, matçın fasiləsi zamanı Yuriç ilə müdafiəçi Canluka Mançini arasında ciddi mübahisə düşüb, onlar hətta dava da ediblər.
Məşqçi ilə futbolçu arasında dava düşüb
Dünya futbolu





