Mourinyo üçün antirekord

23.05.2023 19:30 247
Dünya futbolu
Son bir ay Joze Mourinyonun karyerasına ən pis dövr kimi düşüb.

“Football-plus.az” xəbər verir ki, onun çalışdırdığı “Roma” A seriyasında keçirdiyi son 6 oyunda qələbə qazana bilməyib (4 heç-heçə, 2 məğlubiyyət). Bu, portuqaliyalı mütəxəssisin karyerasında qeydə alınan ən uğursuz seriyadı.

Son turda “Salernitana” ilə heç-heçə edən (2:2) “Roma” hazırda İtaliya çempionatında 36 oyuna 60 xalla 6-cı yeri tutur.