İntizam Komitəsinin iclası keçirildi

14.03.2023 15:49 276
Ölkə futbolu
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

"Football-plus" xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul edilib.

Misli premyer-liqasının 26-cı turunun “Kəpəz” – “Zirə” oyununda “Zirə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə klub 800 manat cərimə edilsin (maddə 39);

“Kəpəz” – “Zirə” görüşündən əvvəl oyun günü planının pozulmasına görə “Kəpəz” klubu 800 manat cərimə edilsin (maddə 84);

26-cı turun “Turan Tovuz” – “Qəbələ” oyununda “Turan Tovuz” azarkeşləri tərəfindən meydançaya yad əşya atıldığına görə “Turan Tovuz” klubu 1600 manat cərimə edilsin (maddə 51.1).