Renatın komandası kubokun finalında uduzdu

23.05.2022 10:56 392
Dünya futbolu
Portuqaliya Kubokunun qalibi müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, final matçında “Porto” ilə Renat Dadaşovun formasını geyindiyi “Tondela” qarşılaşıb.

Qarşılaşmada 4 qol vurulub. Matçda "Porto" 3:1 hesablı inamlı qələbə qazanıb.

​Renat da bu görüşün iştirakçısı olub. O, finalda 56-cı dəqiqədən etibarən meydanda olub.