“Krasnodar”dan ardıcıl 9-cu qələbə! - ŞƏRH

29.10.2024 14:54 288
Dünya futbolu
Tur “Zenit”in səfərdə debütant “Akron”u 5 cavabsız qolla darmadağın etməsi ilə start götürdü.

Sankt-Peterburq nəhəngi bu mövsüm artıq 9-cu dəfə qapısını toxunulmaz saxladı. Bu, 12-ci turlar üçün Rusiya çempionatının rekordunun təkrarlanması deməkdi. Sonuncu dəfə bu göstəriciyə 2010-cu ildə “Rubin” nail olmuşdu. “Fakel”lə ev matçının gedişində hesabda öndə olmasına baxmayaraq, sonda heç 1 xal da qazana bilməyən “Axmat” 12-ci turu da qələbəsiz tamamladı. Bu, 2013/14-də ilk qələbəni qazanmaq üçün 19 –cu turu gözləməli olan “Anji”dən bəri turnirin ən pis göstəricisidi.

Qonaq komandaların üstünlüyü bazar günü də davam etdi. Nəinki turun, hətta mövsümün ən böyük sürprizlərindən biri “Arena Ximki”də qeydə alındı. Son 5 turda qola, son 8 turda isə qələbəyə həsrət qalan “Ximki” 2-ci pillədəki “Lokomotiv”i 2 cavabsız qolla yenərək bu həftə evdə qalib gələn yeganə komanda oldu. Son 26 premyer-liqa oyununda qol vura bilməyən Bakayev bu dəfə dubl etməklə qəhrəmana çevrildi. “Loko” bu uğursuzluqdan sonra “Zenit”i özündən irəli buraxaraq 3-cü pilləyə gerilədi. Turun mərkəzi oyunu “Spartak” üçün fiasko ilə nəticələndi. İnanılmaz sürət yığan və son həftələrdə rəqib tanımayan “Krasnodar” səfərdə “ağ-qırmızılar”ı da “kötəklədi”. Vahid liderliyi davam etdirən “Krasnodar” turnirin tarixində 9 oyunluq qələbə seriyası yaxalayan 5-ci komanda oldu. Daha öncə bunu “Alaniya”, ÇSKA, “Lokomotiv” və “Zenit” bacarıb. Müqayisə üçün “Spartak”ın maksimum 8 ardıcıl qələbə qazandığını bildirək. Səfərdə Mahaçqala “Dinamo”sunu minimal hesabla yenən ÇSKA bu mövsüm ilk dəfə 3 oyunluq qələbə seriyası yaxaladı.

Tamerlan Musayev bu mövsüm artıq 5-ci dəfə qələbə qolunun müəllifi oldu və bu göstəricidə inamla liderlik edir. Onun ən yaxın izləyiciləri olan Qluşenkov, Uqalde və Qondu hərəyə 3 dəfə qələbə qolunu vurub. “Rubin” gözlənilmədən evdə Moskva “Dinamo”su ilə oyunda pərən-pərən düşdü. Premyer-liqada Rəşid Rəhimovun Moskva klublarına qarşı qələbəsiz seriyası 23, “Rubin”in analoji seriyası isə 15 oyuna yüksəldi. Rəhimov Moskva təmsilçilərindən sonuncu dəfə 2018-də “Axmat”ın başında “Spartak”ı məğlub edib.

12-ci tur
Akron – Zenit 0:5

Mostovoy, 16; 39. Kassyerra, 45. Qondu, 52. Artur, 85.
Zenit: Latışonok, Mantuan (Pedro, 86), Nino (Rodriqao, 66), Alip, Santos, Barrios, Vendel (Karavayev, 66), Qondu (Artur, 76), Klaudinyo, Mostovoy, Kassyerra (Sobolev, 75).

Spartak – Krasnodar 0:3
Pina, 8. Sa, 45. Medina, 90+6-öz qapısına.
Spartak: Maksimenko, Markinyos (Medina, 83), Litvinov, Abena (Denisov, 46), Babiç, Ryabçuk, Umyarov, Martins, Barko (İqnatov, 83), Nikolson (Bonqonda, 46), Uqalde (Joze, 70).
Krasnodar: Aqkatsev, Petrov, Tormena, Kosta, Olasa, Pina, Çernikov (Krivtsov, 83), Batçi (Olusequn, 89), Spertsyan (Kastanyo, 73), Sa (Kozlov, 73), Kordoba (Smolov, 89).

Ximki – Lokomotiv 2:0
Bakayev, 54; 60.
Lokomotiv: Lantratov, Nenaxov (Sevikyan, 57), Nyamsi, Poqostnov, Silyanov, Barinov, Karpukas (Sarveli, 62), Samoşnikov, Batrakov (Saltıkov, 76), Pinyaev (Tiknizyan, 57), Vorobyov (Süleymanov, 57).

Dinamo Mh – ÇSKA 0:1
az`1Musayev, 56.
ÇSKA: Akinfeyev, Kellven, Diveyev, Roşa, Moyzes, Kruqovoy, Zdelar, Kislyak (Pyaniç, 71), Oblyakov, Fayzullayev (Quarirapa, 70), Musayev.

Rubin – Dinamo M 0:4
Tyukavin, 4-p. Qomes, 38-p. Balbuena, 62. Qladışev, 88.
Dinamo M: Lunyov, Kutitski, Balbuena (Skopintsev, 80), Mariçal, Fernandes, Fomin, Çaves, Qomes (Qladışev, 78), Bitello (Karraskal, 69), Nqamaleu (Makarov, 78), Tyukavin (Mauhub, 69).

Nijni Novqorod – Rostov 1:1
Tsarukyan, 75 – Osipenko, 90+2-p.

Orenburq – Krılya Sovetov 2:2
Marin, 73-p.; 90+2 – Sergeyev, 11. Peçenin, 31.

Axmat – Fakel 2:3
Talal, 13. Kamilov, 33 – Kaştanov, 16; 90+4. Markov, 77-p.

1. Krasnodar 12 9 3 0 25-5 30
2. Zenit 12 9 2 1 28-4 29
3. Lokomotiv 12 9 0 3 26-16 27
4. ÇSKA 12 7 2 3 22-7 23
5. Dinamo M 12 7 2 3 23-12 23
6. Spartak 12 5 4 3 17-12 19
7. Rubin 12 4 3 5 14-19 15
8. Rostov 12 3 4 5 14-21 13
9. Krılya Sovetov 12 3 3 6 11-17 12
10. Akron 12 3 3 6 16-25 12
11. Nijni Novqorod 12 3 3 6 12-22 12
12. Dinamo Mh 12 2 5 5 5-10 11
13. Ximki 12 2 5 5 11-20 11
14. Fakel 12 2 4 6 8-20 10
15. Orenburq 12 1 5 6 14-22 8
16. Axmat 12 0 6 6 9-23 6

Bombardirlər: Qluşenkov (Zenit), Batrakov (Lokomotiv) – 7, Kordoba (Krasnodar), Daku (Rubin), Uqalde (Spartak), Musayev (ÇSKA) – 6.

Növbəti turun oyunları oktyabrın 26-28-i aralığında keçiriləcək: ÇSKA – Fakel, Dinamo Mh – Akron, Krılya Sovetov – Krasnodar, Orenburq – Rubin, Ximki – Dinamo M, Nijni Novqorod – Spartak, Rostov – Axmat, Zenit – Lokomotiv.

Oyundan sonra
Deyan Stankoviç, “Spartak”ın baş məşqçisi:
“3-5-2-yə bənzəyən taktika ilə oynadıq. İlk yarıda səviyyəmizə uyğun futbol sərgiləyə bilmədik. “Krasnodar”ın haqqını verməliyik. Əla oynadılar. Aydın məsələdi ki, böyük klublarda bu cür məğlubiyyətlər zamanı tribunalardan fit səsləri eşidilir. Amma bu, dünyanın sonu deyil. Futbol mənə qədər də var idi, məndən sonra da olacaq. Azarkeş həmişə haqlıdı. Bu nəticəyə görə məsuliyyət mənim üzərimdədi. Bu vəziyyətdən çıxış yolunu tapmaq üçün yetərincə təcrübəli məşqçiyəm. Qarşıda hələ çox oyun var. Nəticələri yaxşılaşdırmaq üçün hər birimiz durmadan çalışacağıq”.


Murad Musayev, “Krasnodar”ın baş məşqçisi:
“Oyunçularımın bu matça olan motivasiyası çox xoşuma gəldi. İlk dəqiqələrdən göstərdik ki, meydana yalnız qələbə üçün çıxmışıq. Çox hərəkətli görünürdük. Qol epizodlarımız kifayət qədər oldu. Bizim üçün böyük bir zəfərdi. Bəlkə də 3:0 tam ədalətli nəticə deyil. “Spartak” bu dərəcədə pis təsir bağışlamadı. Komanda daxilində və paltardəyişmə otağında çox gözəl ab-hava var. Bunun sayəsində böyük oyunların axarını öz xeyrimizə dəyişməyi bacarırıq. Bu ab-havanı qoruyub saxlamalıyıq. Çempionluq? Bu haqda danışmaq istəmirəm. Biz əvvəlcə daha möhkəm kollektivə çevrilməliyik. Təbii ki, çempion olmaq istəyirik və bunun üçün əlimizdən gələni edəcəyik”.