• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Zenit” 4 qollu qələbələri, “Krasnodar” heç-heçələri sıralayır - İCMAL

Dünya futbolu

2-08-2024, 15:0

Tur “Rostov”un səfərdə “Krılya Sovetov” üzərində inamlı qələbəsi ilə start götürdü.

"Football-plus.az" xəbər verir ki, samaralıların premyer-liqada qələbəsiz seriyası 7 oyuna çatdı.

Njni Novqorodda fanatlarını baxımlı oyun və inamlı zəfərlə sevindirən ÇSKA Marko Nikoliçin başçılığı altında ilk qələbəsini qazandı. “Zenit” isə deyəsən, bu mövsüm bütün oyunlarda 4 qol vurmağa söz verib. Superkubokda “Krasnodar”ı 4:2 və ilk turda səfərə “Krılya Sovetov”u 4:0 məğlub etən Sankt-Peterburq nəhəngi bu seriyanı Kazanda da davam etdirdi. Rusiya çempionatı tarixində bir komandanın iki turdan sonra 8 qol vurmasına daha öncə yalnız bir dəfə rast gəlinmişdi. Maraqlıdı ki, həmin komanda elə “Zenit” özüdü. Piterlilərin 2014/15-də 2-ci turdan sonra top fərqi 8:1 idi. Yeni transfer Qluşenkov yenə meydanı qolsuz tərk etmədi. O, Sərdar Azmun (2019) və Fatih Təkkədən (2006) sonra XXI əsrdə “Zenit”in heyətində ilk iki çempionat oyununda qol vuran 3-cü futbolçuya çevrildi. Turun mərkəzi oyununda “Dinamo” fanatları önündə “Lokomotiv”in müqaviməyini qırmağı bacardı. Ötən mövsümü də nəzərə alsaq, “Dinamo”nun evdə qələbə seriyası 5 oyuna çatdı. Bundan başqa, komanda 1993-dən bəri ilk dəfə evdə ardıcıl 4-cü çempionat oyununda ən azı 3 qol vurdu. Tarixində ilk dəfə elitada çıxış edən “Akron” ilk qələbəsini Voronejdə qazandı.

İlk turda gözlənilmədən Orenburqda çox zəif təsir bağışlayaraq məğlub olan “Spartak” Deyan Stankoviçin dönəmində ilk qələbəsini “Ximki” ilə oyunda qazandı. Yeni transfer Barko cərimə zərbəsindən vurduğu mükəmməl qolla qələbənin əsasını qoydu. Halbuki “Spartak”ın heyətində 2021-dən bu yana heç kim cərimə zərbəsindən qol vura bilməmişdi. Maraq üçün bildirək ki, premyer-liqada debüt matçında cərimə zərbəsindən fərqlənən son futbolçu 2022-də ÇSKA-nın heyətində Yusuf Yazıcı olmuşdu. Hələ ötən mövsümün qış fasiləsində transfer olunan Uqalde “Spartak”ın heyətində 14-cü premyer-liqa oyununda nəhayət, qol hesabını açdı. Murad Musayevin “Krasnodar”ı isə mövsümün əvvəlində heç-heçələri sıralayır. İlk turda “Axmat”la səfər oyununda 1 xalla kifayətlənən ötən mövsümün gümüş mükafatçısı bu dəfə evdə debütant Mahaçqala “Dinamo”sunun müqavimətini qıra bilmədi. Rusiya çempionatı tarixinin ən yaxşı 6-cı bombardiri olan Smolov ardıcıl 19-cu premyer-liqa oyununda meydanı qolsuz tərk etdi. Halbuki bu müddət ərzində o, qapılara 25 zərbə vurub.

2-ci tur
Rubin – Zenit 0:4
Qluşenkov, 36. Kassyerra, 44-p. Pedro, 55. İzidor, 90+2.
Zenit: Latışonok, Karavayev (Volkov, 88), Yerakoviç, Nino, Santos, Barrios, Vendel, Klaudinyo (Artur, 64), Qluşenkov (Qorşkov, 75), Pedro (Mostovoy, 63), Kassyerra (İzidor, 75).

Dinamo M – Lokomotiv 3:1
Qaqnidze, 12. Maystoroviç, 59. Nqamaleu, 85 – Vorobyov, 39.
Lokomotiv: Lantratov, Nenaxov (Süleymanov, 62), Nyamsi, Fasson, Silyanov, Barinov, Batrakov, Samoşnikov, Pinyaev (Saltıkov, 77), Sarveli (Tiknizyan, 62), Vorobyov.

Nijni Novqorod – ÇSKA 0:3
Musayev, 15. Diveyev, 50. Oblyakov, 78.
ÇSKA: Akinfeyev, Kellven (Davila, 65), Diveyev, Roşa, Moyzes, Kruqovoy, Oblyakov, Bistroviç (Kislyak, 89), Koyta (Zdelar, 46), Jemaletdinov (Qayiç, 65), Musayev (Çalov, 80).

Ximki – Spartak 1:3
Maqomedov, 90 – Barko, 49. Uqalde, 55. Babiç, 72.
Spartak: Maksimenko, Xluseviç (Denisov, 67), Çernov, Babiç, Ryabçuk, Zobnin, Umyarov, İqnatov (Zinkovski, 46), Barko (Prutsev, 77), Bonqonda (Medina, 67), Uqalde (Joze, 77).

Krasnodar – Dinamo Mah. 0:0
Krasnodar: Aqkatsev, Kosta, Tormena, Kayo (Olusequn, 67), Olasa (Petrov, 57), Çernikov (Pina, 67), Krivtsov (Kozlov, 57), Kobnan (Batçi, 32), Spertsyan, Sa, Smolov.

Krılya Sovetov – Rostov 1:3
Orosko, 65 – Soldatenkov, 44. Qolenkov, 62. Lanqoviç, 73.

Fakel – Akron 0:2
Timoşenko, 64. Bakayev, 76.

Orenburq – Axmat 0:0

1. Zenit 2 2 0 0 8-0 6
2. Dinamo M 2 2 0 0 6-2 6
3. ÇSKA 2 1 1 0 3-0 4
4. Rostov 2 1 1 0 3-1 4
5. Orenburq 2 1 1 0 2-0 4
6. Lokomotiv 2 1 0 1 4-5 3
7. Akron 2 1 0 1 4-3 3
8. Spartak 2 1 0 1 3-3 3
9. Rubin 2 1 0 1 4-6 3
10. Krasnodar 2 0 2 0 1-1 2
11. Dinamo Mah. 2 0 2 0 1-1 2
12. Axmat 2 0 2 0 1-1 2
13. Ximki 2 0 1 1 2-4 1
14. Fakel 2 0 0 2 1-5 0
15. Nijni Novqorod 2 0 0 2 2-7 0
16. Krılya Sovetov 2 0 0 2 1-7 0


Bombardir: Qluşenkov (Zenit) – 3.

Növbəti turun oyunları avqustun 3-5-i aralığında keçiriləcək: Akron – Dinamo Mos., Zenit – Rostov, Rubin – Ximki, ÇSKA – Orenburq, Fakel – Krasnodar, Dinamo Mah. – Nijni Novqorod, Axmat – Lokomotiv, Spartak – Krılya Sovetov.

Oyundan sonra
Sergey Semak, “Zenit”in baş məşqçisi:

“Matçın əvvəllərində komandalardan heç biri baxımlı oynamırdı. Ancaq mübarizə izləyirdik. Bunun da nəticəsi kimi qol vəziyyətləri yaranmırdı. Amma sonra tempi artırmağa başladıq. Cəld oynamağa başlayan kimi qol epizodlarımız da yarandı. Matçın qırılma anı 3-cü vurduğumuz qol oldu. Həmin qoldan sonra faktiki intriqa öldü və işimiz asanlaşdı. Rəqib müdafiəsindəki boşluqlardan əla yararlandıq. Nəzərə alsaq ki, Kazanda hər zaman oynamaq çətindi, bu qələbəmizdən çox razıyam. Çox qol vuraraq qalib gəlmək həmişə ikiqat sevindiricidi. Amma əlbəttə, hələ bütün mübarizə irəlidədi”.

Marçel Liçka, “Dinamo”nun baş məşqçisi:

“Heyətimizin, demək olar, çox hissəsi gənclərdən ibarət idi. Lepski, Bessmertnı kimi gənclər üçün səviyyəli hücumçulara qarşı oynamaq asan olmadı. Düzdü, bəzən səhvlərə yol versələr də, üzərlərinə düşəni etməyi bacardılar. “Lokomotiv” ikinci hissənin əvvəllərində iki yüzfaizlik fürsəti boşa verdi. Həmin epizodlar qolla nəticələnsəydi, nəinki qələbəyə, hətta xala da həsrət qala bilərdik. Onlardan fərqli biz əlimizə düşən şansları dəyərləndirdik. Oyun səviyyəmizdən razı qaldığımı deyə bilmərəm. Amma bu gün üçün əlimizdən gələni etdik. Hər halda, çətin rəqibə qarşı derbi matçı keçirdiyimizi nəzərə alsaq, nəticə məni qane edir. Ancaq görüləsi işlərimiz hələ çoxdu. Sabahdan etibarən qələbəni unudub növbəti oyuna hazırlaşmalıyıq”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

8-11-2023, 15:0

“Krasnodar” zirvəni əldən vermədi

Dünya futbolu

2-06-2023, 16:0

“Spartak” 2-ci pilləyə yüksəlmək “istəmədi” - TURUN ŞƏRHİ

Dünya futbolu

19-04-2023, 15:0

Kadili “Krasnodar” qarşısıalınmazdı – TURUN ŞƏRHİ

Dünya futbolu

4-10-2023, 20:0

Çempion məğlubiyyətləri sıralayır – TURUN ŞƏRHİ

Dünya futbolu

6-09-2023, 21:0

“Krasnodar” liderliyini möhkəmləndirdi - TURUN ŞƏRHİ

Dünya futbolu

3-05-2023, 18:0

Malkom coşdu, “Zenit” şou göstərdi - TURUN ŞƏRHİ

Aktual
“Səbail” Türkiyəyə gedir, amma burda yeri yoxdu
ÇSKA-nın “Qarabağ”la “sülh”ü buzları əritdi – komanda ölkəsində tərif eşitdi
Maluda ilə bağlı qeyri-müəyyənlik – fransalı cavab matçında oynayacaqmı?
“Araz-Naxçıvan”ın stadion axtarışıyla bağlı son durum – Bakı, yoxsa bölgələrdən biri?
Elvin start heyətinə qayıtsın! – bu qədər umu-küsü bəs deyil?
“Emrelidə hələ də o keyfiyyət var” – Mahir qol vurdu, azarkeşlərin sevimlisinə çevrildi
Son xəbərlər
  • Bu gün, 00:47
    "Neftçi" PAOK-a uduzdu, mübarizəni dayandırdı
  • Bu gün, 00:20
    İtaliya klubunda yeni müqavilə
  • Dünən, 23:50
    İngiltərə klubunda yeni oyunçu
  • Dünən, 22:54
    “Məncə, problem təkcə nəticələrdə deyil” - azarkeşlər avrokubok oyunlarına niyə maraq göstərmir?
  • Dünən, 22:13
    London klubunda yeni oyunçu
  • Dünən, 21:44
    Birmingemdən Londona yollandı
  • Dünən, 21:12
    Qattuzonun yerini o tutacaq
  • Dünən, 20:41
    Milli komandanı tərk edəcək
  • Dünən, 20:00
    “Sabah” üçün çətin, “Neftçi” üçün mümkünsüz vəzifə! - onlar rəqiblərə yerini göstərə biləcəkmi?
  • Dünən, 19:41
    Millimiz ilk qrup qələbəsini qazandı - AÇ
  • Dünən, 19:01
    “Səbail” Türkiyəyə gedir, amma burda yeri yoxdu
  • Dünən, 18:40
    ÇSKA-nın “Qarabağ”la “sülh”ü buzları əritdi – komanda ölkəsində tərif eşitdi
  • Dünən, 18:19
    Nunyeslə Salahın yolu bu dəfə İstanbulda kəsişə bilər
  • Dünən, 17:58
    Milandan Turinə yollana bilər
  • Dünən, 16:31
    "Neftçi" Yunanıstan klubuna qarşı - ÇL
  • Dünən, 16:01
    Romadan Milana üz tuta bilər
  • Dünən, 15:30
    Salahın bir ayağı artıq ''Beşiktaş''dadı!
  • Dünən, 14:51
    ÇSKA “Qarabağ”la oyun üçün biletləri satışa çıxardı – bizim azarkeşlər üçün sərbəst satış olmayacaq!
  • Dünən, 14:20
    ''Qalatasaray'' A seriyasının debütantına uduzdu
  • Dünən, 13:59
    Maluda ilə bağlı qeyri-müəyyənlik – fransalı cavab matçında oynayacaqmı?
  • Dünən, 13:28
    Urfan Abbasov "Kəpəz"də
  • Dünən, 12:57
    Bakıdakı oyun avrokuboklarda TOP-5-də
  • Dünən, 12:30
    "Qəbələ" "Şəfa" ilə üz-üzə gəlir
  • Dünən, 11:59
    "Qarabağ"ı Sofiyada dəstəkləmək istəyənlər üçün biletlər satışda
  • Dünən, 11:28
    Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
  • Dünən, 11:21
    Bakıda Avropa Cüdo Ümidləri turnirinə start verildi
  • Dünən, 10:58
    “Araz-Naxçıvan”ın stadion axtarışıyla bağlı son durum – Bakı, yoxsa bölgələrdən biri?
  • Dünən, 10:31
    “1–2 il ərzində idmançılarımızdan daha böyük uğurlar gözləmək mümkündü“ - Natiq Bağırov
  • Dünən, 10:25
    “Belə tədbirlərin keçirilməsi çox vacibdi“ - Rüstəm Orucov
  • Dünən, 10:00
    Mançesterdən Madridə yollandı
  • 24-07-2026, 23:0
    Salahın başıbəlalı transferi ''Beşiktaş''da qalmaqala və istefaya səbəb oldu!
  • 24-07-2026, 23:0
    Elvin start heyətinə qayıtsın! – bu qədər umu-küsü bəs deyil?
  • 24-07-2026, 23:0
    "Çempionatın startına qədər çatışmazlıqları yoluna qoymağa çalışacağıq" - Cavid Hüseynov
  • 24-07-2026, 22:0
    "Araz-Naxçıvan" "İmişli" ilə heç-heçə etdi
  • 24-07-2026, 22:0
    İngiltərədə klubunu dəyişdi
Daha çox
Oxunub: 207
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 165
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 141
Gəncə stadionu və onminlərlə azarkeş Azər Məmmədovu çəkindirmir!
Oxunub: 122
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Oxunub: 97
“Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
Oxunub: 89
Xalqın yanına getmək niyə çətindi?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə