“Əl-Nəssr” Pol Poqbanı transfer etmək istəyir.
“TEAMtalk”un məlumatına görə, Səudiyyə Ərəbistanı klubu fransalı futbolçuya sərfəli təklif göndərməyə hazırlaşır. Yarımmüdafiəçinin xidmətində “Los Anceles” və “Marsel” də mübarizə aparır. Xatırladaq ki, bir neçə gün əvvəl “Yuventus” 31 yaşlı futbolçunun komandadan ayrılacağını rəsmən açıqlayıb.
Pol fevralın 29-da antidopinq qaydalarını pozduğuna görə 4 il müddətinə futboldan uzaqlaşdırılmışdı. Onun orqanizmində testosteron səviyyəsinin yüksəldiyi aşkarlanmışdı. Lakin bu ay Poqbanın diskvalifikasiya müddəti 18 aya endirilib. Buna baxmayaraq, “Yuventus” onun xidmətində maraqlı deyil.