“Turan Tovuz”un azarkeş sayı niyə azalıb?

27.10.2024 11:34 371
Aktual / Ölkə futbolu
“Turan Tovuz” çempionatda get-gedə daha inamlı təsir bağışlayır, hazırda turnir cədvəlində liderliyi bölüşür. Amma komandanın indiyəqədərki ev oyunlarına ən azı 4 min azarkeş gəlirdisə, “Kəpəz”lə oyunda eyni ajiotajı görmədik. Qərb derbisini izləməyə 3800 azarkeş gəlmişdi.

Görəsən, qərb derbisinə maraq niyə belə aşağıdı?

Bu sualı “UltrasTuran” azarkeş qrupunun rəhbəri Kamal Saqqayevə ünvanladıq:

“Aşağı deməzdim, sadəcə, oyunun cümə günü olması bir qədər təsir edir. Həftəsonu keçirilsəydi, daha çox adam gələcəkdi”.


ƏSƏD SEYİDOV