Derbinin biletləri satışda

2.04.2022 11:38 681
Premyer-liqa
Premyer-liqanın 21-ci turu çərçivəsində aprelin 3-ü saat 17.15-də “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Zirə” oyununun biletləri satışa çıxarılıb.

Qiyməti 3A sektoruna 5 AZN, digər sektorlara isə 1 manat təşkil edən biletləri stadionun kassalarından əldə etmək mümkündü.

Kassalar bu gün saat 18.00-dək, oyun günü isə 11.00-dan 17.15-dək işləyəcək.