"Neftçi" - "Sumqayıt" oyunun biletləri satışda

12.03.2022 16:10 631
Premyer-liqa
Premyer-liqanın 19-cu turu çərçivəsində martın 13-ü saat 18.15-də “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Sumqayıt” oyununun biletləri satışa çıxarılıb.

Qiyməti 3A sektoruna 5, digər sektorlara isə 1 manat təşkil edən biletləri stadionun kassalarından əldə etmək mümkündü.

Qeyd edək ki, kassalar bu gün saat 18.00-dək, oyun günü isə 11.00-dan 18.15-dək işləyəcək.