Derbinin biletləri satışda

15.04.2022 11:54 492
Premyer-liqa
Premyer-liqanın 23-cü turunda aprelin 16-sı saat 20.30-da “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Sabah” matçının biletləri satışa çıxarılıb.

Qiyməti 3A sektoruna 5, digər sektorlara isə 1 manat təşkil edən biletləri stadionun kassalarından əldə etmək mümkündü.

Kassalar bu gün saat 18.00-dək, oyun günü isə 11.00-dan 20.30-dək işləyəcək.