MS əzəli rəqibini arxada qoydu

24.10.2024 18:56 288
Dünya futbolu
Çempionlar Liqasında yeni rekord qeydə alınıb.

Buna “Mançester Siti” əsas mərhələnin 3-cü turunun oyununda “Sparta”ya qalib gəlməklə (5:0) nail olub. Nəticədə Xosep Qvardiolanın komandası ÇL-də məğlubiyyətsiz oyunlar seriyasını 26-ya çatdırıb. MS sonuncu dəfə 2021/22 mövsümündə yarımfinalın cavab oyununda “Real”a uduzub (1:3). İngiltərə klubu ötən mövsüm 1/4 finalda yenə “Real” səddini aşa bilməyib. Lakin bu dəfə komanda oyunun əsas vaxtında yox, penalti seriyasında məğlub olub.

ÇL-də bunadək ən uzun məğlubiyyətsizlik seriyası “Mançester Yunayted”ə məxsus idi. MS-nin əzəli rəqibi Aleks Ferqyusonun rəhbərliyi altında ardıcıl 25 matçda uduzmamışdı.