Rafael Varanın yeni iş yeri məlum olub.
Sentyabrda futbolçu karyerasını başa vuran fransalı “Komo”ya qayıdıb.
Fransa yığması ilə dünya çempionu olan sabiq müdafiəçi sonuncu klubunda çalışacaq. 31 yaşlı Varan İtaliya klubunun İdarə Heyətinə cəlb olunub. O, gənc futbolçuların inkişafı üçün xidmət göstərəcək.
“Real” və “Mançester Yunayted”in sabiq futbolçusu “Komo”ya bu yay keçmişdi. Lakin ağır zədə səbəbindən komandada yalnız 1 oyuna çıxa bilmişdi.