Dünya çempionu üçün yeni vəzifə

22.10.2024 19:58 279
Dünya futbolu
Sentyabrda futbolçu karyerasını başa vuran Rafael Varanın yeni iş yeri məlum olub.

Fransa yığması ilə dünya çempionu olan sabiq müdafiəçi sonuncu klubu “Komo”da çalışacaq. 31 yaşlı Varan İtaliya klubunun İdarə Heyətinə cəlb olunub. O, gənc futbolçuların inkişafı üçün xidmət göstərəcək.

“Real” və “Mançester Yunayted”in sabiq futbolçusu “Komo”ya bu yay keçmişdi. Lakin ağır zədə səbəbindən komandada yalnız 1 oyuna çıxa bilmişdi.