ÇL-nin finalı üçün Bakının namizədliyi irəli sürüldü

23.10.2024 15:15 290
Ölkə futbolu
Azərbaycan 2026/27 mövsümü Çempionlar Liqasının finalını qəbul etmək üçün UEFA-ya müraciət edib.

"Football-plus.az" xəbər verir ki, bu haqda qurumun saytı məlumat yayıb. Həmin matçı qəbul etmək üçün Bakı Olimpiya Stadionunun namizədliyi irəli sürülüb.

Bakının finalda hələlik cəmi 1 rəqibi var. Bu, Madriddəki "Atletiko"ya məxsus "Metropolitano" stadionudur. Digər namizədliklər 2025-ci ilin martın 19-dək təqdim oluna bilər.

Finala hansı şəhərin ev sahibliyi edəcəyi haqda qərarı UEFA İcraiyyə Komitəsinin 2025-ci ilin mayın 19-da keçiriləcək iclasında veriləcək.