Türkiyə Futbol Federasiyasından UEFA-ya rəsmi müraciət ünvanlanıb.
"Football-plus.az" xəbər verir ki, müraciət qardaş ölkənin yenidən final matçına ev sahibliyi etmək istəməsi ilə bağlıdı.
Belə ki, TFF 2026 və 2027-ci illərdə Avropa Liqası və Konfrans Liqasının finalını Türkiyədə qəbul etməyə hazır olduqlarını UEFA-ya bildirib. Federasiya şəhər kimi İstanbulu, stadion kimi isə ''Beşiktaş'', ''Qalatasaray'' və ''Fənərbaxça''nın arenalarını təklif edib. Ancaq AL və KL-in finalı üçün Türkiyədən başqa UEFA-ya Almaniya, Rumıniya, Şotlandiya, İsrail, Norveç ve İsveçrə də müraciət ünvanlayıb. Xatırladaq ki, ÇL-in son finalı məhz İstanbulda keçirilmişdi.
Bundan başqa bu şəhər 2005-də də ÇL-in finalına ev sahibliyi edib. Eləcə də 2009-da UEFA kubokunun həlledici oyunu və 2019-da Avropa superkuboku uğrunda qarşılaşma da İstanbulda keçirilib.
Əli