Matçdan öncə böyük müzakirələrə səbəb olan bir olay yaşandı. Belə ki, baş məşqçi Nuri Şahinin qərarı ilə almanlar ''Santyaqo Bernabeu''da məşqə çıxmaq istəmədilər! Bu qərar onunla əsaslandırıldı ki, ''Borussiya'' bu oyunla bağlı taktikasının üzə çıxmasını istəmir. Yəni ''arılar'' oyunöncəsi son məşqi Almaniyada keçdilər. İspaniyaya gəldikdən sonra isə onlar birbaşa oyuna çıxacaqlar.
Bu, ''Borussiya'' tarixində ilk belə haldı. Təbii ki, oyunöncəsi mətbuat konfransında hər iki baş məşqçiyə bu durumla bağlı sual verildi. ''Real''ın ünlü çalışdırıcısı Karlo Ançelottinim cavabı diqqət çəkdi:
''Borussiya'' haqda zatən əlimizdə bütün lazımi məlumatlar var. Onları yaxşı tanıyırıq. Məşqlərini izləməyimizə də ehtiyac yoxdu''. Nuri Şahin isə necə deyərlər ''söhbəti firlatmağa'' çalışsa da, bunun öhdəsindən çox da yaxşı gəlmədi: ''Real''ın bizim taktikamızı izləyə biləcəyi üçün məşq etmək istəmədiyimiz haqda yayılan xəbərləri mən də oxudum. Bunun reallıqla heç bir əlaqəsi yoxdu. Komanda olaraq Almaniyada keçirdiyimiz son məşqdən razı qaldım. Daha sonra təyyarə ilə 2 saatlıq səyahətimiz oldu. Bu qədər yorğunluqdan sonra məşq etməyimizin heç bir mənası yoxdu. Yeganə səbəb budu''.
ƏLİ





