MY-nin oyunçusu uzun müddət oynamayacaq

22.10.2024 21:53 295
Dünya futbolu
“Mançester Yunayted”in futbolçusu Kobbi Maynunun son vəziyyəti məlum olub.

O, premier-liqanın “Aston Villa” ilə matçında (0:0) sıradan çıxıb. “The Times”ın yaydığı məlumata görə, 19 yaşlı yarımmüdafiəçi ən azı 7 matçı buraxacaq. Kobbi premier-liqada “Brentford”, “Vest Hem”, “Çelsi” və “Lester”lə, İngiltərə kubokunda “Lester”lə oyunları, Avropa Liqasınında isə “Fənərbaxça” və PAOK-la matçları kənardan izləyəcək.

Maynu bu mövsüm 9 oyunda meydana çıxıb.