“Neftçi”nin müdafiəçisi Azər Salahlı əməliyyat olunub. Bu barədə “Football-plus.az”a klubun mətbuat xidmətinin rəhbəri Asəf Zeynallı məlumat verib.
“Ağ-qaralar”ın rəsmisi oyunçunun durumunun yaxşı olduğunu, müalicə prosesiylə bağlı hər şeyin qaydasında davam etdiyini bildirib. Onun sözlərinə görə, Azər məşqdə zədələnib və bu üzdən ayaq darağından əməliyyat olunub. Futbolçu iki aydan sonra məşqlərə qoşula biləcək.
Xatırladaq ki, Azər 2022-ci ilin yanvarından “Neftçi”nin formasını geyir. Futbolçunun klubla müqaviləsinin müddəti gələn ilin yayında başa çatacaq.
KƏNAN BAHADIR