Azər Salahlı əməliyyat olunacaq

12.08.2022 19:15 405
Premyer-liqa
Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin “Rapid” – “Neftçi” matçında Azər Salahlı zədələnib.

Football-plus.az
xəbər verir ki, ilk hissədə xəsarət alaraq əvəzlənən futbolçu “Liv Bona Dea Hospital”da müayinədən keçib. Həkimlərin rəyinə görə, 28 yaşlı müdafiəçi 5-ci ayaqdarağı sümüyünün qırığı diaqnozu ilə əməliyyat olunmalıdı. Cərrahi əməliyyat yaxın günlərdə həyata keçiriləcək və Salahlı təxminən 3 ay ərzində meydandan kənarda qalacaq.