Əməliyyat olunan Rəşad Sadıqovun son durumu bilindi

11.10.2024 12:37 319
Aktual / Ölkə futbolu
"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov tibbi müdaxiləyə ehtiyac duyub.

"Football-plus.az"ın əldə etdiyi məlumata görə, mütəxəssis Türkiyədə qasıq nahiyəsindən əməliyyat olunub.

Hazırda durumu yaxşıdı. O, komandanı həm məşqlərə, həm də Misli premyer-liqasının 10-cu turunda "Sabah"ı qəbul edəcəkləri matça çıxara biləcək.

Qeyd edək ki, "qartallar" 15 xalla dördüncüdü.

KƏNAN BAHADIR