Azər Əliyevin sağlamlıq durumu - AÇIQLAMA

5.08.2023 16:30 179
Ölkə futbolu
Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Jelezniçar”la cavab matçında zədələnən "Neftçi"nin futbolçusu Azər Əliyev müayinədən keçib.

"Football-plus.az" xəbər verir ki, bununla bağlı “Neftçi” PFK-nın baş həkimi Şaiq Zöhrablı klubun rəsmi saytına açıqlamasında bildirib.

O deyib ki, sümükdə və oynaqda sınıq və ciddi xəsarət yoxdur:

"Sadəcə, bağlarda gərilmə və əzələlərində kəskin əzilmələr müşahidə olunduğuna, həmçinin həmin hissəyə qan yığıldığına görə dirsək oynağı müalicə olunub. 7-10 gün ərzində sarğıda qalacaq. Bu müddətdə Azər Əliyev məşqlərdən azad olunub. Ağrılar tam azalandan sonra isə fərdi məşqlərə başlayacaq”.