"Neftçi"də sabah qərar veriləcək

23.05.2023 20:51 504
Premyer-liqa / Manşet
Misli premyer-liqasında bürünc medallara yiyələnən "Neftçi" mayın 28-də "Sabah"la qarşılaşacaq.

"Ağ-qaralar"ın heyətində 5 zədəli futbolçu var ki, bunlar Azər Əliyev, Azər Salahlı, Kenni Sayef, Vato Arveladze və Höccət Haqverdidi.
Onların son durumu necədi? Zədəlilər son matçda meydana çıxa biləcək?

"Football-plus.az" saytı olaraq suallarımızı "Neftçi"nin mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyevə ünvanladıq:

"Hər birinin müalicəsi davam edir. Hələ ki fərdi məşqlərlə məşğuldular. Komandaya isə istirahət verilib. Sabah tam heyətin iştirakı ilə keçiriləcək məşqdən sonra kimin oynayıb-oynamayacağına qərar veriləcək".

KƏNAN BAHADIR