Azər Salahlı əməliyyat olundu

16.08.2022 21:20 467
Premyer-liqa
"Neftçi"nin futbolçusunun durumuna aydınlıq gəlib.

Football-plus.az
xəbər verir ki, "ağ-qaralar"ın oyunçusu Azər Salahlı 5-ci sağ ayaqdarağı sümüyünün qırığı diaqnozu ilə bu gün əməliyyat olunub. Cərrahi əməliyyat “Liv Bona Dea Hospital”ın xəstəxanalarından olan “Liv Hospital Vadistanbul”da uğurla həyata keçirilib. 28 yaşlı müdafiəçi təxminən 3 ay ərzində meydandan kənarda qalacaq.

Xatırladaq ki, Salahlı Konfrans Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində avqustun 11-də keçirilmiş “Rapid” – “Neftçi” matçının ilk hissəsində zədələnmişdi.