• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

"Lerik"in prezidenti: “Borc-xərc yığmaqla futbolu inkişaf etdirmək olmur”

Aktual / Ölkə futbolu

20-10-2024, 18:0

Ötən mövsüm birinci liqada “İrəvan” ab-havanı korlayırdısa, turnirin imicinə xələl gətirirdisə, bu mövsümün də öz “qəhrəmanı” var.

2-ci liqada hələ cəmi 7 tur arxada qalıb. Ancaq komandalardan biri indidən mübarizəni dayandırmağa yaxındı. Söhbət Milli Məclisin 6-cı çağırış deputatı olan, ictimaiyyət arasında “Relax” İstirahət Mərkəzinin sahibi kimi də tanınan İqbal Məmmədova bağlı “Lerik”dən gedir. Onsuz da ev oyunlarını Lerikdə yox, Lənkəranda keçirdiyinə görə yetərincə qınanan komanda bu gedişlə tarixə qovuşacaq. 7-ci turda “Şəfa” ilə qarşılaşmalı olan, ancaq maliyyə probleminə görə Bakıya gələ bilməyən cənubluların prezidenti Famil Məmmədovla söhbətləşdik.

- Komandanın durumu nə yerdədi, səsinizi eşidən olub?
- Mövcud durum acınacaqlıdı. Heç bir dəyişiklik yoxdu

- Klub olaraq, hara, kimə müraciət etmisiz?
- Biz çox adamla görüşmüşük, sahibkarlara müəyyən müraciətlər etmişik. Həm də Futbolun İnkişaf Fondu ilə daimi əlaqədəyik. Durumla bağlı bütün məlumatları da vermişik. Hələ ki bir yenilik yoxdu.

- Lerikin imkanlı şəxsləri, iş adamları müraciətinizə hansı cavabı verir?  Kluba niyə dayaq durmaq istəmirlər?
- İstəmədiklərini vəziyyətlə bağlayırlar. Yəni mövcud şərait onlara imkan vermir ki, komandaya dəstək ola bilsinlər.

 - Bəs əvvəllər necə, dəstək verirdilərmi?
- Müxtəlif şəxslər vardı ki, bizə kömək edirdilər. Düzdü, onda da büdcənin çox hissəsini özümüz həll edirdik. Yəni şəxsi vəsait hesabına edə bilirdim. O zaman müəyyən sahibkarlar vardı ki, sağ olsunlar, kiçik də olsa, yardımlar edirdilər. Yəqin ki, ianə də bir yerə qədər olur. 

- Bəs həmin adamlar niyə əlini klubdan çəkdi?
 - Bilmirəm, o barədə məlumatım yoxdu. “Əlini klubdan çəkdi” deyəndə ki… Böyük məbləğlər olmayıb.

- Yaxşı, onların dəstəyi indiki durumla müqayisədə nə dərəcədə qənaətbəxş idi?
- Açığı, ötən il də bu problemləri yaşayırdıq. Sadəcə, məqsəd o idi ki, özümüz çalışaq, müəyyən işlər görək. Şəxsi vəsaitimizi xərclədik. Düzdü, ötən il də müəyyən borclarımız yarandı. Ümid edirdik ki, bu il yeniliklər olacaq, cəhdlərimiz boşuna getməyəcək. Amma görünən odu ki, alınmadı. Yəni ortada ciddi bir fərq yoxdu.

- Axı yerli İcra Hakimiyyəti də sizə dəstək ola bilər…
- Lerik şəhər İcra Hakimiyyəti ilə müntəzəm əlaqədəydik. Sağ olsunlar, əllərindən gələni etməyə çalışdılar. Yəqin ki, bundan sonra da əlaqədə olacağıq. Amma mövcud vəziyyət budu. Bizə İqbal Məmmədov dəstək olurdu, sağ olsun. İndi yəqin ona da şərait imkan vermir ki, əvvəlki qədər dəstək göstərə bilmir.

 - Cənubda həmişə futbola maraq yüksək olub. Bəs azarkeşlər, futbolsevərlər niyə bir araya gəlib nəsə təşkil etmirlər?
- Bir neçə dəfə bu tipli müraciətlər etmişik. Sosial media hesabımızdan da görmək olar ki, azarkeşlərə çağırışlarımız çox olub. Lakin böyük dəstək görməmişik. Düzdü, ürəyi yananlar, yazanlar var. Amma bizə bu kifayət etmir.

  - Oktyabrın 22-nə nəzərdə tutulan “Qusar”la oyuna da çıxmasaz, klub iki texniki məğlubiyyət üzündən fəaliyyətini dayandıracaq. Bəs Region Liqasından əziyyətlə bura gəlib çıxandan sonra belə aqibətlə üzləşmək haqda nə düşünürsüz?
 - Vəziyyəti yaxşı başa düşürük. Çox istərdik ki, fəaliyyətimizi davam etdirək. Futbol üçün gəlmişik, kollektiv də futbol üçün çalışır. Sadəcə, neynəyək, bura qədər gələ bildik. Borc-xərc yığmaqla futbolu inkişaf etdirmək olmur. Bura qədər gələ bilmişiksə, düşünün ki, klub rəhbəri kimi necə böyük ziyan çəkmişəm. Ən çox zərəri mən çəksəm də, heç istəməzdim ki, belə bir şey olsun. Üstəlik cənub bölgəsindən peşəkar liqada oynayan yeganə klubuq, biz də gedəndən sonra hər şey əvvəlki kimi olacaq. İstəməzdik nəticə belə olsun. Həm çoxlu vəsait sərf olunub, həm də artıq 3-cü ildi komanda ilə işləyirik, vaxtımız, əziyyətimiz bir anda puça gedir. Amma əlimizdən gələn bir şey yoxdu.

- Bəs imkanlı şəxslərin klubu idarə etməklə bağlı hansısa tələbi olubmu?

- Xeyr, heç nə olmayıb. Hətta bəzi hallarda təklif etmişik, FİF-lə bu  mövzunu danışmışıq. Amma hələ kimsə deməyib ki, biz də gələk dəstək olaq və ya səlahiyyətləri üzərimizə götürək. Belə halla rastlaşmamışıq.

- Bəs idarəçiliyi əldən verməyə razı olarsız?
- Təklif olsa, masaya oturub bu mövzunu danışa bilərik. Əvvəl də bildirmişik ki, bizə futbolun inkişafı lazımdı. Kimsə rəhbər, kimsə əməkdaş olacaq deyib bura gəlməmişik.  

- Bəs komandada ab-hava nə yerdədi? Futbolçular özlərinə yeni iş yeri axtarırmı?

- Onsuz da son iki oyunda böyükhesablı məğlubiyyətlərimiz oldu. Bunun əsas səbəbi bəzi oyunçularımızın çıxıb getməsi, bəzilərinin isə Region Liqasından təkliflər almasıdı. Bizim bölgədən Region Liqasında oynayan komanda çoxdu, müəyyən məbləğ qarşılığında getmək istəyənlər var. Təbii ki, biz hər nə qədər yuxarı liqada olsaq belə, maliyyə önə çıxır.  Bu mövzuda kiminsə qarşısını kəsmirik. Heç vaxt da “mütləq burda olmalısan” deyə bir şərtimiz olmayıb. Proses belə davam edəcək, kimsə getmək istəyəcəksə, onun yolunu kəsmirik. Hələ ki komandayla konkret söhbətim olmayıb. Yəqin ki, növbəti həftələrdə bununla bağlı futbolçularla danışığımız olacaq.

- Klubun işçilərə və futbolçulara borcu qalıb?

- Bəli, müəyyən qədər var. Futbolçulara müəyyən ödənişlər etməmişik. 

 - Bəs klub fəaliyyətini dayandırsa, borcları necə ödəyəcəksiz? 
- Düşünürəm ki, problem olmayacaq. Onlar bizim öhdəliyimizdədi. Kiminlə nə danışmışıqsa, klub var olmasa belə, o öhdəliyi mən şəxsən həyata keçirəcəm. Bir gün tez, bir gün gec - amma bunlar olacaq.

- FİF-lə görüşlərinizin olduğunu dediz.
- Yəqin ki, bu dəqiqə onların əlindən gələn bir şey yoxdu. Kimisə bu mövzuda günahlandırmaram. Bilirəm ki, onlar da bu mövzuda çalışıblar. Yəqin ki, nəticəsi olar. Olmasa da, nə deyə bilərik?!

 - Bəs ikinci liqada yarışan başqa klublar necə dolanır? AFFA-nın ayırdığı pul onların xərclərini qarşılamağa imkan verirmi?

 - Bəli, bizim kimi çətin durumda olan klublar var, mən özüm də bir neçəsi ilə danışmışam. Düşünmürəm ki, kimsə o məbləğlə kifayətlənə bilsin, çünki böyük məbləğ deyil. Düzdü, sağ olsun AFFA, onu həyata keçirir. Xərclərimizə bunlar yetmir. Stadiona icarəhaqqı ödəyirik, bu ildən tibb xərcləri də ödənişli olub. Yəni Təcili Tibbi Yardıma ödəniş edirik. Məşqçi heyəti çalışır, çempionat ərzində cərimələr olur, yəni bu tipli zərərlərə xərclənir. Həm də aylıq 5000 manat köçürülürsə, təxminən 1000 manata yaxını müxtəlif köçürmələrə çıxılır. Bir oyunumuzun xərci 1500 manata yaxındı. Ev oyunu da ödənişlidi, stadion, digər işlər - hər şeyə pul gedir.

 - Çətin durumda olan klubların AFFA-ya kütləvi şəkildə müraciət etmək fikri varmı?

 - Müzakirə etmişik, amma birgə müraciət etməyi düşünmürük. Biz onsuz da çempionatın əvvəlində mövqeyimizi bildirmişik və mövcud vəziyyətlə bağlı hər kəsin məlumatı var. Yəqin ki, belə məsləhət bildilər, belə davam etdik. Birgə müraciət etməyin mənası yoxdu. Çünki hər kəs vəziyyəti bilir. 

- Düşündüyünüz kimi olsa, yəni “Lerik” fəaliyyyətini dayandırsa, məşqçilər gedəcək, müqavilə üçün kompensasiya istəyəcək?
- Onlar regionda uşaq futbolu ilə məşğuldular, yəqin ki, öz işlərini davam etdirəcəklər. Yəni harasa getsələr də yaxşı yol, ya da uşaq futbolu ilə məşğuldular. Lənkəranda çalışırlar, uşaq futbolunda fəaliyyətlərini davam etdirəcəklər.
RÖYANƏ OĞUZ

Paylaş:
Digər xəbərlər

Aktual / Ölkə futbolu

18-10-2024, 18:0

“Hətta ola bilər ki, ev oyununa da çıxmayaq” – “Lerik”in başı dərddə

Ölkə futbolu / Manşet

22-10-2022, 14:0

Region Liqasında çıxış edəcək bu kluba İcra Hakimiyyəti və iş adamı dəstək olacaq

2-ci liqa / Manşet

29-08-2024, 22:0

“Lerik” stadionu nə vaxt hazır olacaq?

Aktual / Ölkə futbolu

7-12-2023, 16:0

“Lerik” ilk “5-lik” üçün oynayır?

Ölkə futbolu

27-05-2024, 16:0

Bu klub 1-ci liqadan çıxarıldı - AFFA-dan sərt qərar

2-ci liqa

28-08-2023, 22:0

2-ci liqada 2023-24 mövsümünün - TƏQVİMİ

Aktual
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
“Yeni oyunçuların onlardan tələb olunanı artıq ortaya qoymaları lazımdı” - “Qarabağ” transfer dönəmini boşa verib?
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
“Orhus” Masazırda öyrəşmədiyi havada oynayacaq – 8 dərəcə fərq var!
Masazıra “Orhus”un 425 azarkeşi gələ bilər – istidən qorxurlar!
“Təftişin nəticəsi məxfidi” dedi və dayandı
Son xəbərlər
  • Dünən, 23:07
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Dünən, 22:45
    Romadan Milana üz tuta bilər
  • Dünən, 22:04
    "Səbail" 4 legioner transfer etdi
  • Dünən, 21:39
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 21:18
    Elvin Cəfərquliyevin durumu bəlli oldu
  • Dünən, 20:58
    Rahil Məmmədov "Turan Tovuz"da
  • Dünən, 20:29
    ''Fənər'' belçikalı ulduza yönəlib
  • Dünən, 20:08
    Millimizdən iki qələbə
  • Dünən, 19:40
    İtaliyadan Belçikaya üz tutdu
  • Dünən, 19:05
    Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
  • Dünən, 18:30
    Almaniyaya qayıtdı
  • Dünən, 17:26
    Mançesterdən Milana üz tutacaq
  • Dünən, 16:37
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 15:52
    Dortmundu tərk etməyə yaxındır
  • Dünən, 15:07
    Klubuna sadiq qaldı
  • Dünən, 14:30
    Məşhur fransalı Maltada oynayacaq
  • Dünən, 14:11
    “Yeni oyunçuların onlardan tələb olunanı artıq ortaya qoymaları lazımdı” - “Qarabağ” transfer dönəmini boşa verib?
  • Dünən, 13:43
    Nuriyevin komandası uduzdu
  • Dünən, 13:20
    İspaniya klubunu tərk etdi
  • Dünən, 12:50
    Fransaya qayıtmayacaq
  • Dünən, 12:30
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 11:02
    “Avrokuboklara vəsiqə qazanmasaq, uğursuzluq sayılmamalıdı” – Cavid Hüseynov
  • Dünən, 10:31
    “Malişevo” ilə müqavilə bağlamağa gəldiyim gün belə Azərbaycandan təkliflərim var idi” – Vüsal zədələnib...
  • Dünən, 10:00
    "Nyukasl”ı o da tərk edə bilər
  • 8-08-2026, 23:0
    Gözlənilən transfer rəsmiləşdi
  • 8-08-2026, 23:0
    “Valensiya”nın tarixinə düşdü
  • 8-08-2026, 22:0
    Amsterdamda qərar tutdu
  • 8-08-2026, 22:0
    Gözlənilən transfer rəsmən açıqlandı
  • 8-08-2026, 21:0
    “Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
  • 8-08-2026, 21:0
    Uelbek İngiltərə iş yerini dəyişdi
  • 8-08-2026, 20:0
    Turini tərk etdi
  • 8-08-2026, 20:0
    Madriddən Londona yollandı
  • 8-08-2026, 20:0
    "Şəmkir"də yeni vitse-prezident
  • 8-08-2026, 19:0
    Tezliklə “Arsenal”a qoşulacaq
  • 8-08-2026, 19:0
    Qapıçı ilə müqavilə yeniləndi
Daha çox
Oxunub: 198
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 128
“Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
Oxunub: 126
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 121
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 98
"Neftçi" seçim qarşısındadı: ağ, yoxsa qara?
Oxunub: 98
“Stadionun möhtəşəmliyini sözlə ifadə etmək mümkünsüzdü” - “Xəmsə” tərif yağdırdı
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə