2-ci liqa təmsilçisi qulağa heç də yad olmayan səbəbdən, yəni doğma stadionunun yararsız vəziyyətdə olması üzündən çoxdan Lənkərana köç edib. Bəs cənub təmsilçisinin meydançası nə vaxt hazır olacaq?
Stadionla bağlı işlərin nə yerdə qaldığını öyrənmək üçün “Lerik”in İdarə Heyətinin sədri Famil Məmmədovla əlaqə saxladıq:
“Yeni mövsümdə ev oyunlarını Lənkəran Olimpiya İdman Kompleksində keçirəcəyik. Bilirsiz ki, Lerik stadionu Gənclər və İdman Nazirliyinin balansındandı, bu yay yenidən baxış keçirilib, müəyyən məsələlərə görə stadionun tikitisinə 2025-ci ildə başlamaq qərara alınıb. Hansısa yeni məlumat olsa, ictimaiyyətə məlumat verərik”.
RÖYANƏ OĞUZ





