13 oyuna 31 qol – güzgü effekti yaradan bu rəqəmlər ölkə çempionatının 2-ci liqasında mübarizə aparan “Lerik”ə aiddi.
Cənub təmsilçisinin zəif çıxışının səbəbləri, stadion problemi ilə bağlı bilgi almaq üçün klub prezidenti Famil Məmmədovla danışdıq:
“Heyətimiz elə də geniş deyil. Komandamızın qeyri-sabit çıxışını bununla əlaqələndirirəm. Bəzi əsas oyunçularımız zədəlidi, bəzi turlarda isə cəzalı olur. Bu səbəbdən sabitliyi qorumaq çətinləşir. Hələ ki qarşıda oyun çoxdu. İkinci dövrədə bu haqda konkret nəsə deyə bilərik. Çalışacağıq ki, bu mövsüm ilk “5-lik”də qərarlaşaq. Lerik şəhər stadionu Gənclər və İdman Nazirliyinin balansındadı, hələlik konkret bir cavab yoxdu. Ona görə bu barədə birbaşa cavab deyə bilmirik”.
MİRKAMAL KAZIMZADƏ