Makedoniyalılar İrəvanı asanlıqla fəth etdi

19.10.2024 15:57 298
Dünya futbolu
Bu qrupda 4-cü tur çərçivəsində İrəvanda keçirilən qarşılaşma faktiki erkən final statusu daşıyırdı. Çünki Şimali Makedoniya qalib gələcəyi təqdirdə, demək olar, liderlik uğrunda intriqa məhv olacaqdı. Ermənistan şansını davam etdirmək üçün ən azı uduzmamalıydı. Amma bədnam qonşularımız heç minimum hədəfin də öhdəsindən gələ bilmədilər.

Yaxşı formada olan Şimali Makedoniya fasilədən sonra vurduğu 2 cavabsız qolla bu qrupda hər rəqibdən bir baş üstün olduğunu göstərdi. Hərçənd Latviyanın Torshavnda 1 xal qazanması Şimali Makedoniyanın liderliyi rəsmiləşdirməsini ən azı 1 turluq təxirə saldı. Maraqlıdı ki, son 2 turun nəticələrindən asılı olaraq Latviya qrupu həm birinci, həm də sonuncu pillədə başa vura bilər. Yeri gəlmişkən, Ermənistan bu məğlubiyyətdən sonra baş məşqçi Aleksandr Petrakovla yolları ayırdı. 67 yaşlı ukraynalı mütəxəssis 2023-ün yanvarından bu vəzifəni icra edirdi.

C liqası, 4-cü qrup
4-cü tur
Ermənistan – Şimali Makedoniya 0:2 (0:0)

Ermənistan: Çançareviç, Ovanisyan (Daşyan, 74), Muradyan (Manvelyan, 80), Aroyan, Çalışır (Arutunyan, 65), Tiknizyan, Bıçaxçyan (Sevikyan, 74), İvu, Zelarayan, Spertsyan, Miranyan (Ranos, 65).
Şimali Makedoniya: Dimitrievski, Manev (Velkovski, 54), Zaykov, Serafimov, Alioski, Alimi, Bardi (Aşkovski, 86), Atanasov (Kostadinov, 54), Dimovski (Kamili, 54), Elmas, Miovski (Ristovski, 79).
Qollar: Miovski, 72 (0:1). Alimi, 85 (0:2).
Vərəqələr: Çalışır, 8. İvu, 21. Manev, 22 – sarı.
Hakim: Stüart Attuell (İngiltərə).
13 oktyabr. İrəvan. 14371 tamaşaçı.

Farer adaları – Latviya 1:1 (1:0)
Farer adaları: Reynatröd, Benyaminsen, Faero (Nattestad, 77), A.Edmundsson, Davidsen, Sorensen, Q.Vatnhamar, Hendriksson (S.Vatnhamar, 57), Yonsen (Byartalid, 57), Aqnarsson (Yustinussen, 57), Olsen (Y.Edmundsson, 83).
Latviya: Matreviç, Savalnieks (Çernomordıy, 46), Balodis, Tobers, Yurkovski, Tsiqanik, Zelenkov, Savelyev (Vapne, 66), Varslavan (Melnik, 90), Uldrikis, İkaunieks (Şits, 66).
Qollar: Sorensen, 40 (1:0). Şits, 69 (1:1).
Vərəqələr: Davidsen, 39. İkaunieks, 49. Byartalid, 62 – sarı.
Hakim: Filip Farruca (Malta).
13 oktyabr. Torshavn. 2017 tamaşaçı

1. Ş.Makedoniya 4 3 1 0 8-1 10
2. Ermənistan 4 1 1 2 6-7 4
3. Latviya 4 1 1 2 3-8 4
4. Farer adaları 4 0 3 1 4-5 314 noyabr: Ermənistan – Farer adaları, Şimali Makedoniya – Latviya.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul