Şimali Makedoniya azlıqda Ermənistanı məğlub etdi

19.09.2024 16:08 295
Dünya futbolu
İlk turda Latviyani darmadağın edən bədnam qonşularımız bu uğurun davamını gətirə bilmədi.

Ermənistan Skopyedəki matçın gedişində yaxşı üstünlük əldə etdi. Çünki Şimali Makedoniya fasilə ərəfəsində azlıqda qaldı. Amma qonaqlar nəinki 3, heç 1 xal da qazana bilmədilər. Standart zərbələrin mahir ifaçısı Bardi 70-ci dəqiqədə cərimə zərbəsini mükəmməl yerinə yetirməklə qələbənin əsasını qoydu. Çox keçmədən müdafiəçiləri “bazara göndərən” Miovski də fərqlənərək yekun nəticəni müəyyənləşdirdi. Şimali Makedoniya bu qələbə sayəsində xalını 4-ə çatdıraraq qrupda liderliyi ələ keçirdi. Latviyaya isə Farer adaları ilə ev matçında qələbə üçün bir qol kifayət etdi. 23 yaşlı yarımmüdafiəçi Varslavanın yığmadakı debüt qolu meydan sahiblərinə 3 xal qazandırdı.

C liqası, 4-cü qrup
Şimali Makedoniya – Ermənistan 2:0 (0:0)

Şimali Makedoniya: Dimitrievski, Aşkovski (Manev, 83), Zaykov, Musliu, Dimovski, Bubunski (Serafimov, 46), Alimi (Atanasov, 59), Çurlinov (Qamili, 4), Bardi, Elmas, Miovski.
Ermənistan: Çançareviç, Ovannisyan, Arutunyan, Aroyan, Çalışır (Manvelyan, 86), Tiknizyan (Qriqoryan, 66), İvu, Spertsyan, Sevikyan (Bıçaxçyan, 66), Ranos (Serobyan, 46), Zelarayan (Arutunyan, 73).
Qollar: Bardi, 70 (1:0). Miovski, 78 (2:0).
Vərəqələr: Elmas, 39. Zaykov, 44. Miovski, 45+5. Tiknizyan, 54. Zelarayan, 70. Serafimov, 86 – sarı. Zaykov, 45+4 – qırmızı (ikinci sarı).
Hakim: Harm Osmers (Almaniya).
10 sentyabr. Skopye. 6829 tamaşaçı

Latviya – Farer adaları 1:0 (0:0)
Latviya: Matreviç, Savalnieks, Yurkovski, Tobers, Balodis, Tsiqanik, Savelyev, Zelenkov (Vapne, 80), Varslavan (Melnik, 80), Qutkovski (Uldrikis, 72), İkaunieks (Yaunzems, 90).
Farer adaları: Reynatröd, Danielsen (Knudsen, 83), A.Edmundsson, Çukvudi Davidsen, Yonsen (K.Olsen, 83), Q.Vatnhamar, S.Vatnhamar (Yustinussen, 46), Sorensen, M.Olsen (Petersen, 83), Y.Edmundsson (Mikkelsen, 46).
Qol: Varslavan, 64.
Vərəqə: Petersen, 90+4 – sarı.
Hakim: Duye Strukan (Xorvatiya).
10 sentyabr. Riqa. 5808 tamaşaçı

1. Şimali Makedoniya 2 1 1 0 3-1 4
2. Ermənistan 2 1 0 1 4-3 3
3. Latviya 2 1 0 1 2-4 3
4. Farer adaları 2 0 1 1 1-2 1

10 oktyabr: Latviya – Şimali Makedoniya, Farer adaları – Ermənistan.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul