MHL-də 2024/25 mövsümünün startı bir çox maraqlı məqamla əlamətdar oldu.
Tarixdə ilk dəfə açılış oyunlarında iki natural het-trik qeydə alındı. Cümə günü, oktyabrın 11-də keçirilən “Baffalo” – “Los-Anceles” (1:3) oyununda qonaqların forvardı Anje Kopitar, ertəsi keçirilən “Karolina” – “Tampa-Bey” oyununda (1:4) isə qonaqların forvardı Nikita Kuçerov ardıcıl üç qol vurdu.
Natural het-trik bir oyunda ardıcıl üç qolun vurulmasına deyilir, bir şərtlə ki, bunların arasına başqa oyunçuların qolları girməsin.
“Pittsburq”un hücumçusu Yevgeni Malkin komandasının “Toronto”ya 2:4 uduzduğu oyunda iki məhsuldar ötürmə verdi. 38 yaşlı rusiyalı MHL karyerasında 1300 (498+802) xal həddinə çatdı. Malkin MHL tarixində bunu bacaran 37-ci oyunçudu. 2006/07 mövsümündən bu liqada çıxış edən rusiyalının indiyə qədər 1148 oyuna çıxdığını da xatırladaq.
Daim hokkeysəvərlərin diqqət mərkəzində olan bir oyunçu da var. Söhbət “Vaşinqton”un hücumçusu Aleksandr Oveçkindən gedir. O, “Nyu-Cersi” ilə oyuna çıxmaqla MHL-də ardıcıl 20-ci mövsümə başladı. Ovi rusiyalı hokkeyçilərin rekordunu təkrarladı. Əvvəllər yalnız müdafiəçi Sergey Qonçar MHL-in 20 mövsümündə iştirak edib. Bu liqada 853 qol vuran Oveçkin snayperlər siyahısında yalnız rekordçu Ueyn Qretskidən (894) geri qalır.
12 oktyabr
Karolina – Tampa-Bey 1:4 (1:0, 0:1, 0:3)
Vinnipeq – Çikaqo 2:1 ОТ (0:0, 0:1, 1:0, 1:0)
Vankuver – Filadelfiya 2:3 Б (1:1, 1:0, 0:1, 0:0, 0:1)
Veqas – Sent-Luis 4:3 (2:1, 1:1, 1:1)
Boston – Los-Anceles 2:1 ОТ (0:0, 1:1, 0:0, 1:0)
13 oktyabr
Baffalo – Florida 5:2 (2:1, 2:1, 1:0)
Detroyt – Neşvill 3:0 (0:0, 1:0, 2:0)
Monreal – Ottava 4:1 (2:0, 0:0, 2:1)
Reyncers – Yuta 5:6 ОТ (1:1, 3:4, 1:0, 0:1)
Toronto – Pittsburq 4:2 (0:1, 2:0, 2:1)
Vaşinqton – Nyu-Cersi 3:5 (1:2, 1:2, 1:1)
Dallas – Aylenders 3:0 (1:0, 1:0, 1:0)
Minnesota – Sietl 4:5 Б (1:0, 1:2, 2:2, 0:0)
Kolorado – Kolambus 4:6 (1:2, 2:3, 1:1)
Kalqari – Filadelfiya 6:3 (2:0, 1:2, 3:1)
Edmonton – Çikaqo 2:5 (0:1, 1:2, 1:2)
San-Xose – Anahaym 0:2 (0:0, 0:0, 0:2)
14 oktyabr
Vinnipeq – Minnesota 2:1 ОТ (1:1, 0:0, 0:0, 1:0)
Dallas – Sietl 2:0 (2:0, 0:0, 0:0)
Edmonton – Kalqari 1:4 (1:0, 0:1, 0:3)
Veqas – Anahaym 3:1 (1:1, 0:0, 2:0)
Boston – Florida 3:4 (1:2, 2:2, 0:0)
Nyu-Cersi – Yuta 3:0 (0:0, 2:0, 1:0)
Ottava – Los-Anceles 8:7 ОТ (1:2, 4:3, 2:2, 1:0)