“Pittsburq”un hücumçusu Yevgeni Malkin “Anahaym”la oyunda iki məhsuldar ötürmə ilə yadda qaldı.
36 yaşlı rusiyalı bununla da MHL-də keçirdiyi 1032-ci oyunda xal hesabını 1200-ə (463+737) çatdırdı. Malkin MHL tarixində xal sayına görə Dino Sissarelli (1232 oyunda 1200 xal) ilə birgə 50-ci yeri bölüşür. 49-cu yerdə isə Vensan Damfuss 1205 (432+773) xalla qərarlaşıb. Malkin MHL-də 1200 xal həddinə çatan 2-ci rusiyalıdı. Bundan başqa, o, fəaliyyətdə olan hokkeyçilər arasında 1200 xal toplayan 4-cü oyunçusudu. Ona qədər Sidni Krosbi (“Pittsburq”, 1159 oyunda 1471 xal), Aleksandr Oveçkin (“Vaşinqton”, 1326 oyunda 1464 xal) və Patrik Keyn (“Çikaqo”, 1154 oyunda 1215 xal) də 1200 xal həddinə çatıb.
Malkin 1200-cü xalını topladı
İdman




