2-ci liqada ayın qolunun müəllifi mükafatlandırıldı

18.10.2024 14:53 308
II liqa
2-ci liqada “Ayın qolu” layihəsinin ilk qalibi müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, bu, “Dinamo”nun üzvü Valeh Seyidov olub. 28 yaşlı hücumçu bu gün mükafatlandırılıb.

Sentyabr ayının ən yaxşı qolunun müəllifinə mükafatı 7-ci turun “Dinamo” – “Saatlı-Araz” görüşündən əvvəl Peşəkar Futbol Liqasının Yarışların təşkili və qeydiyyatı şöbəsinin müdiri Elçin Mehtiyev təqdim edib.