Sentyabrın ən yaxşı qolunun müəllifinə mükafatı 5-ci turun “Karvan” – “İmişli” oyunundan əvvəl Peşəkar Futbol Liqasının media və marketinq direktoru Sənan Abdullayev təqdim edib.
İdris mükafat (500 manat – red.) alması ilə bağlı “Football-plus.az”a danışdı:
“Difai” ilə oyunda vurduğum qola görə “Ayın qolu” mükafatını qazandım. Vurduğum qolda bütün komandanın əziyyəti var idi. Komandaya ən azı bir tort da olsa, alacam”.
Qeyd edək ki, həmin matçda İdris İnqilablı dubl edib.
ƏSƏD SEYİDOV






