“Ayın qolu” layihəsinin qalibi bilindi

9.10.2024 10:00 294
Ölkə futbolu
Misli premyer-liqasında sentyabr üçün “Ayın qolu” layihəsinin qalibi müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, 5 qol arasında "Araz-Naxçıvan"nın üzvü Bernardo Dias sentyabrın 13-də 6-cı tur çərçivəsində “Kəpəz”ə vurduğu qol ən çox emoji toplayıb.

Yarımmüdafiəçi 62-ci dəqiqədə meydana daxil olub, 76-cı dəqiqədə matçın taleyini həll edən qola imza atıb.

Qeyd edək ki, qalibə Misli və PFL tərəfindən mükafatlar təqdim olunacaq.