PFL və "Misli" "Araz-Naxçıvan"ın futbolçusunu mükafatlandırdı

16.09.2023 20:17 274
Premyer-liqa
“Ayın qolu” layihəsinin ilk qalibi olan Turan Manafova “Araz-Naxçıvan” – “Neftçi” görüşündən əvvəl “Misli” və PFL tərəfindən mükafatlar təqdim olunub.

"Football-plus.az" xəbər verir ki, ona mükafatları “Dalğa Arena”da Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov və “Misli”nin İdarə Heyətinin üzvü Salih Tüfekçi təqdim ediblər.

Qeyd edək ki, Turan Manafovun Misi Premyer Liqasının 4-cü turunda "Sumqatyıt"ın qapısına vurduğu qol çempionatda avqust ayının ən yaxşısı seçilib.