Poqba Kənan Yıldız haqda nə dedi?

17.10.2024 22:36 341
Dünya futbolu
Fransalı ulduz Pol Poqba ''Yuventus''da ''10'' nömrəli formanın ondan alınaraq Kənan Yıldıza verilməsinə münasibət bildirib.

Məlum olduğu kimi ünlü futbolçu dopinqə yaxalandığı üçün 4 illik cəza alsa da, sonradan İdman Arbitraj Məhkəməsi tərəfindən cəzası 18 aya endirilmişdi. ''Yuve'' rəhbərliyi də bu futbolçunun müqaviləsini dondurmuş və ''10 nömrə''ni türkiyəli Kənana vermişdi. Poqbanı dinləyək:

''Kənan ''10 nömrə''ni daşımağa layiqdi. Hazırda öz yaşıdları arasında dünyanın ən yaxşılarından biridi. Kənanı çox gənc yaşda ilk dəfə məşqdə gördükdə heyranlığımı gizlədə bilməmişdim. Həmin vaxt ikinci komandada idi və düşündüm ki, bu uşaq mütləq əsas komandada olmalıdı. Onu çox bəyənirəm. Özəl oyunçulardan biridi''.

ƏLİ