Cənubi Amerika zonasında DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində növbəti oyunlar keçirilib.
10-cu turda öz meydanında Boliviyanı 6:0 hesabı ilə darmadağın edən Argentina xalını 22-yə yüksəldərək vahid liderliyini davam etdirib. Oyun Lionel Messinin şousuna çevrilib. ''Qızıl top''un 8 qat qalibi het-trik etməklə yanaşı aktivinə daha 2 məhsuldar ötürmə yazaraq komandasının 6 qolundan 5-də yaxından iştirak etdi. Bu oyuna qədər yığmada Messinin aktivində 109 qol var idi.
Boliviya ilə qarşılaşmadan sonra Messi Argentinanın heyətində 189-cu oyunda vurduğu qolların sayını 112-yə çatdırdı. O, Əli Daeini (109) geridə qoyaraq yığmanın heyətinə ən çox qol vuran futbolçular siyahısında 2-ci pilləyə yüksəldi. Bu göstəricidə lider isə 216 oyuna 133 dəfə fərqlənən Kriştiano Ronaldodu. Yeri gəlmişkən, Messi beynəlxalq matçlarda 10-cu dəfə het-trik etməklə Kriştianoya məxsus rekordu təkrarladı. Ronaldo Portuqaliyanın heyətində son het-trikini 2021-in oktyabrın 12-də Lüksemburqla oyunda rəsmiləşdirib.
ƏLİ