Bir aydan sonra sıraya dönür

16.10.2024 18:36 295
Dünya futbolu
“Barselona”nın gənc futbolçusu Fermin Lopes zədəsini sağaldıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Yarımmüdafiəçi artıq komanda ilə məşqlərə başlayıb.

Xatırladaq ki, Fermin sentyabrın əvvəlində İspaniya yığmasının düşərgəsində zədələnmişdi.

O, bu mövsüm La Liqada 3 oyunda meydana çıxıb.