Bir aydan sonra sıraya döndü

5.01.2024 17:57 188
Dünya futbolu
Erlinq Holannın futbolsuz günləri arxada qalıb.

“Mançester Siti”nin hücumçusu zədəsini sağaldıb. İngiltərə klubunun mətbuat xidmətinin xəbərinə görə, o, komanda ilə məşqlərə qayıdıb.

23 yaşlı norveçli futbolçu ötən il dekabrın 6-da keçirilən “Aston Villa” ilə oyunda zədələnmişdi. Erlinq bu mövsüm premyer-liqada meydana çıxdığı 15 oyunda 14 qol vurub.