"Real"ın futbolçusu David Alabanın 2024-cü ildə meydana çıxmayacağı dəqiqləşib.
Ön çarpaz bağı yırtılan müdafiəçinin oktyabrda sağalması gözlənilsə də, bərpa prosesi gecikib. Fərdi məşqlər edən avstriyalı futbolçunun gələn ilin yanvarında komandaya qoşulacağı məlum olub.
Xatırladaq ki, Alaba ötən mövsüm La Liqanın 17-ci turunda - "Vilyarreal"la matçda ciddi zədə almışdı.