Alabanın 10-cu uğuru!

1.01.2024 13:51 200
Dünya futbolu
Avstriyada 2023-cü ilin ən yaxşı futbolçusu müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, nominasiyanın qalibi “Real”ın müdafiəçisi David Alaba olub.

Madrid klubunun rəsmi saytının məlumatına görə, Avstriya yığmasının kapitanı ardıcıl 4-cü, ümumilikdə isə 10-cu dəfə ilin ən yaxşı oyunçusu seçilib. O, daha əvvəl fərdi mükafata 2011-16-cı və 2020-22-ci illər aralığında da layiq görülüb.

31 yaşlı futbolçu “Real”da 2021-ci ildən oynayır. David 2009-cu ildən Avstriya millisinin üzvüdü.